Dəmirdaş türmədən çağırış etdi: Kılıçdaroğluya səs verin!

23:40 - 27 May 2023 - GÜNDƏM

 Dəmirdaş türmədən çağırış etdi: Kılıçdaroğluya səs verin!

Xalqların Demokratik Partiyasının həbsdə olan həmsədri Səlahəddin Dəmirdaş sabahkı seçki ilə bağlı çağırış edib.

BUTA.TV xəbər verir ki, o, tərəfdarlarına “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğluya səs verməyə çağırıb.

“Sabah dünyanın sonu olmayacaq, amma demokratiyanın və iqtisadiyyatın sonu ola bilər; sabah qiyamət günü olmayacaq, amma son seçim ola bilər. Qardaşlar, Kılıçdaroğluya səs verin, Türkiyə nəfəs alsın”, - o bildirib.

Qeyd edək ki, PKK-nın siyasi qanadı sayılan HDP-nin liderinin Kamal Kılıçdaroğluya dəstəyi birmənalı qarşılanmayıb.

Xatırladaq ki, 28 mayda keçiriləcək prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol