Ukrayna Ali Radasında Gürcüstanın rəsmi olaraq Sakartvelo adlandırılması təklif edilib.
BUTA.TV xəbər verir ki, müvafiq qanun layihəsi Ukrayna parlamentinin saytında dərc olunub.
"Qanun layihəsində Ukraynada rəsmi səviyyədə, rəsmi yazışma və ünsiyyətdə, eləcə də kütləvi informasiya vasitələrində Gürcüstanın əvəzinə rəsmi və tarixi Sakartvelo adından istifadənin tətbiqi təklif edilir. Buna uyğun olaraq, gürcü xalqına (gürcü) kartvellər deyilir”, - deyə 9329 saylı qanun layihəsinin izahatında deyilir.
Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu addım Kiyev və Tiflisi bir-birinə yaxınlaşdırmaqla yanaşı, ölkənin ruslaşmış adından da xilas edəcək.
Qeyd edək ki, gürcü xalqı öz ölkələrini Sakartvelo adlandırır. "Kartvel ölkəsi" kimi tərcümə olunur.
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür
- FHN əhaliyə təkrar müraciət etdi
- ADSEA sədri kollektorun çökdüyü ərazidə - Video
- Quba və Qusardan sel keçir
- Sabahdan etibarən bu pullar kartınızdan çıxılacaq