Putindən Paşinyana: Azərbaycan bunu tanıyır!

23:08 - 25 May 2023 - GÜNDƏM

 Putindən Paşinyana: Azərbaycan bunu tanıyır!

Azərbaycan Ermənistanın ərazisindən keçəcək nəqliyyat marşrutları üzərində İrəvanın tam suverenliyini tanıyır.

BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla Moskvada bu gün keçirilən görüşündə deyib.

Putin vurğulayıb ki, nəqliyyat marşrutlarının, kommunikasiyaların - həm dəmir yollarının, həm də mümkün yolların tikintisi - açılması ilə bağlı Rusiya Federasiyasının mövqeyi dəyişməz olaraq qalır:

“Elə indi Azərbaycan nümayəndə heyəti ilə ikitərəfli görüşdə bu barədə danışdıq. Azərbaycan tərəfi təsdiq edir ki, bu göstərici üzrə heç bir dəyişiklik yoxdur. Azərbaycan Ermənistanın bu ərazi üzərində tam suverenliyini tanıyır və nəqliyyat əlaqələrinin blokdan çıxarılması ilə bağlı hər hansı ikili, üçlü şərhin heç bir əsası yoxdur”.

O qeyd edib ki, hər şey üçtərəfli bəyanatın ruhuna və hərfinə uyğun olmalıdır.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol