Müğənni Manaf Ağayev sosial şəbəkədə izləyicilərin onu "pul yağış”ına tutması ilə bağlı görüntüləri tənqid etməsi barədə danışıb.
Qaynarinfo-ya açıqlamasında müğənni belə tənqidləri qəbul etmədiyini bildirib:
"Allah köməkləri olsun, sənətimi bəyənən məni tərifləyir, bəyənməyən pisləyir. Burada ayıb nə var? Oxuyuram, camaat da zəhmətimi dəyərləndirir, pul verir. Rayon yeridir, sənətkara dəyər verirlər. Müğənniyə pul verərlər də. Mən əziyyət çəkirəm, vaxt itirirəm, oxuyuram, camaat da alqışlayır. Mənəvi zövq alanlar da şabaş verir. Mən heç kəsi məcbur etmirəm ki, mütləq pul versin. Ürəyi istəyən bunu edir. Burada pis nə var ki...”. Qeyd edək ki, müğənni Manaf Ağayev rayonda toy məclislərinin birində iştirak edib. Məclis iştirakçıları sənətçini "pul yağış”ına tutub. Bu isə sosial şəbəkə izləyiciləri tərəfindən tənqidlə qarşılanıb.
- Onların imtahan nəticələri ləğv ediləcək – Qərar
- Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
- Magistral yoldakı körpü çökdü: Yolda məhdudiyyət...
- Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maksimum balı təkcə o topladı - Foto
- Bakıda 2 gün intensiv yağış yağacaq – Xəbərdarlıq
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto