Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.
Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da Naxçıvana gedib. O, bu gün C.Cəlilovu Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivinə təqdim edəcək.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Vens azərbaycanlı reabilitoloqu təltif etdi
- Ramazanın 26-cı günü: Dua, imsak və iftar vaxtı
- Qazaxıstan səfirliyində səsvermə keçirilir
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- İcra başçısı müğənnini həbs etdirib?
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- İrandan daha 6 nəfər Azərbaycana təxliyə olundu