Ermənistana narkotik gətirilməsi halları kəskin şəkildə artıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın vergi və gömrük xidmətlərini birləşdirən Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan deyib.
O bildirib ki, hüquq-mühafizə orqanları və gömrükçülər hər gün narkokuryer həbs etdikləri barədə açıqlama verirlər:
“Əvvəllər “kristal” narkotiklərin tutulması ilə bağlı bir neçə fakt barədə məlumat verilmişdi. Son illərdə onun daşınması cəhdlərinin sayı kəskin şəkildə artıb”.
Badasyan deyib ki, narkotiklərin tranziti digər ölkələrə də problem yaradır.
Qeyd edək ki, İran uzun illər Azərbaycanın işğal altında olan nəzarətsiz ərazilərindən Avropa və Rusiyaya narkotik daşınması üçün istifadə edib. Azərbaycan sərhədlərinə nəzarəti bərpa etdikdən sonra Ermənistan vasitəsilə narkotik daşınması faktları artıb. Ermənistan bundan öncə 2020-ci ildən sonra narkotik qaçaqmalçılığında 4 dəfə artım olduğunu bildirmişdi.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür