Nurlana Əliyeva 6 ay müddətinə həbs edilə bilər

11:48 - 7 Mart 2023 - KRİMİNAL

 Nurlana Əliyeva 6 ay müddətinə həbs edilə bilər

Bakı Slavyan Universitetinin (BSU) sabiq rektoru, barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyeva ötən gün keçirilən məhkəmə prosesinə gəlməyib.

Bununla artıq o ikinci dəfədir ki, məhkəməyə gəlməkdən imtina edir.

Bu halda sabiq rektoru hansı cəza gözləyir?

BUTA.TV xəbər verir ki, hüquqşünas Şamil Paşayev Bakupost.az-a açıqlamasında bildirib ki, əvvəlcə məhkəmə tərəfindən məhkəməyə çağırış məktubu göndərilməlidir.

“Çağırışdan imtina edilərsə, məhkəmə tərəfindən məcburi gətirilmə haqqında qərar qəbul edilməlidir. Həmin qərar icra edilməsi üçün polis idarəsinə göndərilir. Polis idarəsindən polis əməkdaşı təyin olunur. Çağırılan şəxsin yeri müəyyən olduqdan sonra onun gətirilməsi ilə bağlı tədbir görülməlidir. Şəxs polis əməkdaşları tərəfindən məhkəməyə gətirilməlidir”.

Hüquqşünas yalan ifadə və ifadədən boyun qaçırmanın məsuliyyət yaratdığını da bildirib:

“İfadə vermək şahidin vəzifəsidir. O dindirmə zamanı suallara ətraflı şəkildə cavab verməlidir. Şahid bilərək yalan ifadə verdikdə məsuliyyətə cəlb olunur. İfadə verməkdən imtina etdikdə isə 6 aya qədər azadlıqdan məhrum edilə bilər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol