Rusiyanın “Azimut” aviaşirkətinə məxsus “Suxoy Superjet 100” təyyarəsi Krasnoyarskda məcburi eniş edib.
BUTA.TV xəbər evrir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, buna səbəb ön şassinin hidravlik nasazlığı olub.
Mineralnıye Vodı-Ufa-Krasnoyarsk reysini yerinə yetirən RA 89080 təyyarəsi təcili eniş siqnalı verib və yerli vaxtla saat 11:45-də Krasnoyarska enib. Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb.
Qeyd edək ki, bu, bir gündə nasazlıq yaşayan ikinci “Azimut” superjetidir. Belə ki, Soçidən Türkiyəyə uçan daha bir təyyarə Türkiyənin Antalya hava limanına endikdən sonra yanıb.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi