Hesab edirəm ki, indiki mərhələdə AB Ermənistan ərazisindən müşahidəçilərini geri çəkmək istəməyəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı analitik Vladimir Yevseyev erməni mediasına açıqlamasında deyib.
O bildirib ki, Ermənistan Baş naziri Paşinyanın AB müşahidəçiləri məsələsində Rusiyanın mövqeyi ortaya qoyulanda bunu suverenliyi ilə əsaslandırması, ancaq Azərbaycana gələndə bunu müzakirə etməyə hazır olduğunu bildirməsi “qəribədir”.
Politoloq Paşinyanın AB müşahidəçilərinin demarkasiya olunmuş ərazilərdən çıxarılmasının mümkünlüyü barədə açıqlamasını da şərh edib:
“Sərhədlərin demarkasiyası müsbət haldır və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ancaq İrəvanın AB müşahidəçilərini demarkasiya olunmuş ərazidən çıxarmaq təklifi əslində müşahidəçiləri saxlamaq cəhdidir, çünki demarkasiya prosesi çox uzun vaxt aparacaq”.
- İsmayıllıda ağır qəza: 2 ölü, 3 yaralı
- Azərbaycan Ordusunun yeni hərbi obyektləri... - Foto
- Bəzi yerlərə qar yağır
- Daha bir rayonda kütləvi ixtisar: 46 nəfər işsiz qaldı
- Prezident Soyqırım Günü ilə bağlı paylaşım etdi
- Mehriban Əliyeva Soyqırım Günü ilə bağlı paylaşım etdi
- Toya hazırlaşanların diqqətinə - Video
- Bu yolda hərəkət bərpa olundu - AAYDA