Bakıda keçirilmiş COP29-da inkişaf etmiş ölkələr iqlim məqsədlərini maliyyələşdirmək üçün inkişaf etməkdə olan ölkələrə hər hansı bir məsuliyyət həvalə etməmək üçün çalışıblar.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Baku TV-nin müvafiq sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Qərbin metodlarından biri də Qlobal Cənubun böyük ölkələri hesabına donorlar dairəsini genişləndirmək cəhdi olub.
“Məsuliyyətdən yayınma kolonial nəhəngləri iqlimə ən həssas dövlətlər qarşısında öhdəliklərindən xeyli dərəcədə azad edərdi. Bax, bu, haqqında danışdığımız, razılaşmadığımız və əleyhinə mübarizə aparacağımız neokolonializmdir”, - Rusiya XİN nümayəndəsi qeyd edib.
Qeyd edək ki, daha əvvəl COP29 çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Berbok bir sıra təxribat xarakterli bəyanatlar vermiş, o cümlədən AB-nin iqlim maliyyələşdirməsi üçün maliyyə məsuliyyətini danışıqların digər iştirakçılarına keçirməyi təklif etmişdi.
“Hesab edirəm ki, bu məsələdə 360 dərəcə dönüşün lazım olduğu barədə açıqlama verilməməsi ilə azərbaycanlı həmkarlarımızın bəxti gətirib. Bax, bu, əsl nömrə olardı. Hamı düşünərdi ki, görək, bunu necə edirik. Yaxşı ki o, özünü başqa bir axmaq açıqlamadan saxlaya bilib”, - Zaxarova Berbokun açıqlamasını şərh edib.
- İrəvanın buna icazə verməməsi... - Çavuşoğlu
- Bakıda mühüm tədbir: 51 ölkənin nümayəndəsi iştirak edir
- Bakı bu əsas kartından mükəmməl istifadə edir - Belyayev
- Türkiyə meydanı ələ aldı: İran “od püskürür”…
- Qərb ölkələri səfirlərinin bəyanatını rədd edirik - Bakı
- Bakının təkliflərinə İrəvanın cavabı... - Çavuşoğlu
- Türkiyə hərəkətə keçdi: Azərbaycanlıların yeni dövləti yarana bilər? – Xəritə
- Lotoreya təşkilatçılarının diqqətinə!