Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Siyasi “atəşkəs müqaviləsi” Ermənistanla sərhəddə imzalanacaq" - AÇIQLAMA

Siyasət
"Siyasi “atəşkəs müqaviləsi” Ermənistanla sərhəddə imzalanacaq"     - AÇIQLAMA

“Bu pauza 26 ildir sürən atəşkəs rejimindən deyil: “Müzəffər ordumuzun hərbi qələbələri Ali Baş Komandana bağlı qapılar arasında gedən və silahlı savaşdan daha amansız olan diplomatik müharibəni də ölkəmizin xeyrinə təsbit etməsi üçün əvəzsiz üstünlüklər qazandırır”.

 

Buta.ws xəbər verir ki, bu fikiləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “müvəqqəti humanitar atəşkəs” razılaşmasını şərh edərkən deyib..

 

Zahid Oruc bildirib ki, müstəqilliyimizin 29-cu ilində “əsir torpaqlar”ımızın işğaldan qurtulması xalqımızın azadlığının və istiqalılın da bütövləşməsinə yol açdı: “Çünki dünya birliyi tərəfindən tanınan sərhədlərimiz daxilində bütün coğrafiyası üzrə öz müqəddaratını təyin edə bilməyən xalq məhz azərbaycanlılar idi”.

 

Z.Oruc deyib: “Ona görə də Azərbaycan Demokratik Respublikasının da yaranmasını nəzərə alsaq, bu sayca 3-cü müstəqillik mərhələsidir ki, millətimizə məxsus olan torpaqların hamısında dövlət bayrağımızın dalğalanması üçün tarixi şans yaranıb. Əgər erməni tərəfi gecə saat 00.00 dan elan olunan, sırf əsir və cəsədlərin dəyişdirilməsi məramına xidmət edən humanitar pauzanı, Qırmızı Xaç Cəmiyyətinin qısa müddətdə həyata keçirəcəyi missiyanı toparlanmaq və itirilmiş ərazilərin qaytarılması üçün fürsət kimi dəyərləndirəcəklərsə, onda rəşadətli Ordumuz “Zəfər Yürüşü”nü davam etdirəcək və atəşin davamlı olaraq kəsilməsi üçün “sülh müqaviləsi” Ermənistanla sərhəddə imzalanacaq!”

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla