Rusiya-Ukrayna müharibəsi ilkin mərhələdə 96 saatlıq nəzərdə tutulsa da, bir ilə yaxındır davam edir. Rusiya bu müddət ərzində əvvəlki hədəflərinə yaxınlaşıb, azı birinci eşalon bölmələri səviyyəsində 2014-cü ildəki təmas xəttindən 5-10 km Ukraynanın dərinliklərinə irəliləyə bilməyibsə, bu müharibədə uğurlu əməliyyat aparılacağını gözləməməliyik.
Bu sözləri BUTA.TV-a hərbi ekspert Elxan Şıxəliyev Ukrayna-Rusiya müharibəsinin başlamasının bir ilini şərh edərkən deyib.
“Rusiya müharibənin birinci 3 ayında öz hədəflərinə nail ola bilərdi. Lakin Rusiyanın döyüş qabiliyyətinə malik birinci eşelonu sıradan çıxarıldı. İndiki mərhələdə məcbur qalıb Priqojinin, Kadırovun döyüşçüləri və fərqli döyüş qabiliyyətinə malik mülki, cəzaçəkmə müəssisəsində olan məhkumları orduya toplamaqla müharibə aparır. Bu, dövlət üçün güclü ordu anlamına gəlməz. Rusiyanın qarşısında 30 ölkənin daxil olduğu NATO və 50 ölkənin iştirak etdiyi “Ramşteyn” üzvləri dayanıb, onlar Ukraynanı dəstəkləməkdə qərarlıdır. Rusiya ən yaxşı halda 2014-cü ilin sərhədlərinə çəkilməklə, müharibəni bitirib, silahlı qüvvələrini qoruya bilər. Rusiya Ukraynada yeni ərazilər uğrunda müharibə aparmaq gücündə olmayacaq. Sanksiyalar qarşısında onun həm iqtisadi, həm də hərbi gücü zəifləyir. Ukraynanın isə müttəfiqlərin dəstəyi sayəsində gücünün artdığını görürük”, - ekspert bildirib.
O, 1 ildir davam edən müharibədə Rusiyanın yeni həmlələrinin bundan sonrakı gedişatda nəticə verməyəcəyini bildirib:
“Mart ayında müharibənin əsas fazası başlayacaq. Ukrayna əlində olan keyfiyyətli silahlarla, Rusiya isə say çoxluğu ilə müharibəni davam etdirəcək. Bu isə birincinin qalib gəlməsi ilə nəticələnə bilər. 24 fevralda Rusiya müharibənin başlamasının ildönümündə yeni bir həmlə, hücum istiqaməti, yeni hərbi hədəflər qarşısına qoyub, müharibəni uğurlu aparmasını imitasiya etməyə cəhd edə bilər, lakin bundan əvvəlki əməliyyatlar necə məğlubiyyətə düçar oldusa, eynisini yenə yaşayacağını düşünürəm. Çünki Ukrayna tək döyüşmür”.
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər