Yeni kollektiv kəmiyyət hədəfi üzrə danışıqlar davam etdirilməlidir.
BUTA.TV APA-ya istinadənxəbər verir ki, bunu bu gün COP29 çərçivəsində Bakıda keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok bildirib.
O deyib ki, İtki və Zərərlərə Cavab Verən Fondun maliyyə təminatı üzrə məsuliyyətlərini başa düşür və qəbul edirlər:
“Lakin digər ölkələr də bu məsuliyyəti bölüşməlidir. Bunun üçün isə onlar qlobal səviyyədə qəbul olunan mitiqasiya tədbirlərinin tərkib hissəsi olmalıdır. Burada digər ölkələrlə bərabər Çin də mühüm rol oynamalı və aktiv iştirak etməlidir. İqlim maliyyəsi üzrə aparılan danışıqların təfərrüatları barədə heç nə deyə bilməyəcəm. Böyük sözlər vermək istəmirəm. Bu pulu kim ödəməyə gəlincə, burada fikirlər müxtəlifdir. Bəzi ölkələr niyə maliyyələşmənin öz üzərinə düşən hissəsini təmin etmək istəmir? Hazırda həm Avropa Birliyi ilə Çin, həm də digər ölkələr arasında intensiv danışıqlar aparılır. Yekun razılaşmanın əldə edilməsinə bir neçə saat, hətta çox az bir zaman qalıb. Ona görə də tərəflər həm bu istiqamətdə səyləri, həm də danışıqları intensivləşdirməlidir".
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi