Azərbaycanda 7 faydalı qazıntı yatağı hərraca çıxarılır

18:12 - 20 Fevral 2023 - GÜNDƏM

 Azərbaycanda 7 faydalı qazıntı yatağı hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən aprelin 5-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

BUTA.TV xəbər verir ki, hərracda hər biri 1 lot üzrə Abşeron rayonu “Qobu” gil yatağı, “Güzdək” əhəngdaşı yatağı, Ağdam rayonu “Qarqarçay” qum-çınqıl yatağı, Şəmkir rayonu “Alabaşlı” hematit yatağı, Göygöl rayonu “Qızılca” plagioporfir (tikinti daşı) yatağı, Ağcabədi rayonu “Şahmalı” qum-çınqıl yatağı və Qubada 3 lot üzrə “Qorxmazoba” qum-çınqıl yatağı satışa çıxarılacaq. Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə agentliyin və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində tanış ola bilərsiniz.

Hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan müvafiq sənədlər toplusunu təqdim etməli, xidmət haqqı və beh məbləğini ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

Elanda göstərilən sənədlər 29 mart 2023-cü il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim edilməlidir.

Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri məkanında saat 11:00-da keçiriləcək.

Hərraclar və digər yeniliklərlə bağlı son xəbərləri Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sosial şəbəkə səhifələrindən də əldə etmək mümkündür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol