Şuşaya gedən ikinci yol niyə ödənişli olacaq? - Açıqlama

14:42 - 20 Fevral 2023 - GÜNDƏM

 Şuşaya gedən ikinci yol niyə ödənişli olacaq? - Açıqlama

Şuşaya aparan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundan istifadənin ödənişli olması təklif edilir. Bu təklif geniş müzakirələrə səbəb olub və müəyyən qədər tənqid obyektinə çevrilib.

BUTA.TV xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Globalinfo.az-a açıqlamasında bu təklifin səbəblərini açıqlayıb:

“Məlumdur ki, Şuşa şəhərinə iki avtomobil yolu gedir. Birincisi 2021-ci ildə iki hərəkət zolağı olmaqla 101 kilometr uzunluğunda istifadəyə verilən “Zəfər Yolu”dur. Hazırda bu avtomobil yolu vasitəsilə Şuşaya rahat şəkildə gediş-gəliş təşkil olunub. İkinci avtomobil yolunun tikintisi isə davam edir və 2024-cü ildə işlərin yekunlaşdırılması nəzərdə tutulur. Bu yol tikilən körpülər, tunellər və viadukların hesabına daha qısa və sürətli olacaq. Sadalananlar nəzərə alınaraq təklif edilib ki, gələcək üçün həmin avtomobil yolunun saxlanılması məhz oradan əldə edilən gəlirlər hesabına təmin edilsin. O cümlədən, büdcəyə bu yoldan daxil olan vəsaitlərin hesabına lazımı işlərin aparılması düşünülür”.

Qeyd edək ki, yeni yol indiki “Zəfər Yolu”ndan 20 km qısadır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol