Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev həbsdə olan qohumu, ictimai fəal Bəxtiyar Hacıyevin 44 gündür, aclıq aksiyasını davam etdirməsinə münasibət bildirib.
H.Hacıyev açıqlamasında deyib ki, qohum olduğu üçün Bəxtiyar Hacıyevin işinə qarışmır.
“İstəməzdim ki, məsələni bu səviyyəyə çatdırsın. Görünür, müəyyən qüvvələrin təsiri var ki, axıra qədər askiyanı davam etdirir. Bu da düzgün hal deyil. Adam tutular da, adamı tutarlar da... Təbii ki, əsassız həbs edilib, ona qarşı ədalətsizlik olub. Amma Bəxtiyar öz səhhətini qoruyub-saxlamalıdır. Müəyyən adamlar təsirlər göstərirlər, hərəsi bir söz deyir. Amma istəməzdim belə olsun. Düşünürəm, yaxın vaxtlarda azadlığa çıxacaq. Başqa söz deyə bilmirəm, demək də istəmirəm. Mənim bildiyimə görə, yaxın vaxtlarda hər şey həll olunacaq. Bəxtiyar bizi də eşitmədi. Hər şey ola bilər, amma bu dərəcədə yox. Düzdür, haqsız yanaşma var, amma Bəxtiyarın özü də bəzi şeylərə düzgün yanaşmır, fikir bildirmir. Düşünürəm ki, yaxın vaxtlarda cənab Prezident Azərbaycanda olan siyasi məhbusların hamısının buraxılması üçün müəyyən addımlar atacaq”, - H.Hacıyev bildirib.
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video