Məmmədyarovun ruhu Bayramova köçüb - Sabiq nazirdən kəskin açıqlama

18:23 - 9 Fevral 2023 - CƏMİYYƏT

 Məmmədyarovun ruhu Bayramova köçüb - Sabiq nazirdən kəskin açıqlama

"Həmkarım Məmmədyarov nazir və Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqları aparan əsas şəxs kimi vəzifəsini xeyli müddət əvvəl tərk etsə də, danışıqlar mövzusunu davam etdirənlər arasında onun “ruh”u, daha doğrusu, iş üslubu üstünlük təşkil edir".

BUTA.TV xəbər verir ki, bunu sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirib.

"Niyə mən bunu təsdiq edirəm? Cavab sadədir - jurnalistlər mənə zəng edib soruşurlar ki, Ermənistan tərəfi Azərbaycanın onlara yeni sənəd göndərdiyini iddia edir və bu, onlar, yəni ermənilər üçün məqbuldur. Məmmədyarovun vaxtında olduğu kimi, biz yenə bütün xəbərləri erməni tərəfdən alırıq", -deyə nazir qeyd edib.

Bu xəbər hal-hazırda çox oxunur
Qaz limitinin artırılması ilə bağlı təklif!

T.Zülfüqarov Azərbaycan XİN-in yeni sənədlə bağlı məlumatları Rusiyanın tələbi ilə gizli saxladığını bildirib:

"Başa düşə bilmirəm ki, ermənilər üçün sirr olmayan, amma bizdən, ölkə vətəndaşlarından ciddi şəkildə qorunan sirrin mənası nədir? Cavab sadədir - bu, vasitəçinin tələbidir. Lavrovun bunu açıq şəkildə bəyan edir. "İncə sirr" Rusiyaya ictimai rəyi öz maraqları naminə idarə etmək üçün lazımdır. Ermənilərin bu "sirləri" davamlı olaraq sızdırması o deməkdir ki, onlar da bu effektiv resursdan öz mənfəətləri naminə manipulyasiya üçün istifadə edirlər. Və yalnız bu "dinləmə" bizə “daim özünə haqq qazandırmaq” rolunu buraxır.

Ona görə də biz "qəzəblə" erməni tərəfinin hiyləgərliyi və bicliyini “ifşa etməyə” başlayanda "danışıqların" bu mərhələsi də əvvəlki kimi bitəcək. Bir neçə həftədən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını gözləyə bilərsiz".

 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol