Cari ilin sonunadək qüvvədə olan bir sıra mis məmulatlarına tətbiq olunan artırılmış ixrac rüsumlarının qüvvədə olma müddəti uzadılır.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 31 dekabr 2024-cü ilə qədər olan müddət 31 dekabr 2029-cu il tarixinədək uzadılır.
Başqa sözlə, 31 dekabr 2029-cu il tarixinədək mis məmulatlarına 10 %, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac gömrük rüsumu tətbiq ediləcək.
Qərara əsasən, eyni zamanda ixrac rüsumlarından yayınmanın qarşısının alınması məqsədilə 2026-cı il yanvarın 1-dən bir sıra əlavə mis məmulatları üzrə ixrac rüsumları da artırılır, 31 dekabr 029-cu il tarixinədək 1000 kq üçün 300 ABŞ dolları olacaq.
- Müəllimlərin maaşı artdı
- Azərbaycanlı qadın Türkiyədə güllələndi - VİDEO
- Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
- Ermənistan daha 78 ədəd ATAGS alır - Təcili
- Millət vəkilindən mühüm: Maaşlar daha çox arta bilər
- “Bu halda məğlub olacağıq” - Zelenski
- Rusiyanın qarşısıalınmaz raketi: 10 dəqiqəyə Kiyevə çatır!
- Antonio Quterreş Bakı gəldi