Türkiyənin müdafiə sənayesi şirkəti “Baykar Teknoloji” AFAD-a 300 milyon lirə nağd pul yardımı edib.
BUTA.TV xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraqdar öz Tvitter hesabında paylaşım edib.
"Bu gün mərhum atamız Özdəmir Bayraqdar və anamız Canan Bayraqdar adına AFAD-a 300 milyon lirə nağd ianə etdik. Əlimizdən gələni etməyə davam edirik," - Bayraqdar bildirib.
Qeyd edək ki, bundan əvvəl də “Baykar” şirkəti AFAD-ın hesabına 350 milyon lirə yatırmışdı.
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?