"Apaçi"yə ehtiyacımız var - Podolyak

01:00 - 9 Fevral 2023 - GÜNDƏM

Qərbin qırıcıları və digər təyyarələrin Ukraynaya tədarükü danışıqlar masasında aktiv variantdır.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Hələ əlimizdə olmayan, lakin hava məkanını qorumaq üçün həqiqətən ehtiyacımız olan yeganə vasitə qırıcılar, eləcə də hücum helikopterləri və ya "Apaçi" kimi helikopterlərdir. Bu, artıq danışıqlar masasında tamamilə aktiv variantdır. Bu barədə daim müxtəlif səviyyələrdə danışılır: həm ictimai, həm də qeyri-ictimai", - Podolyak vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol