Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə və hərəkət iştirakçılarına müraciət edib.
BUTA.TV xəbər verir ki, müraciətdə qeyd olunur:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə həftəsonunadək muxtar respublika ərazisində havanın küləkli və yağıntılı olacağı, fasilələrlə sulu qar və qar yağacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.
Dövlət Yol Polisi sürücülərdən ehtiyatlı olmağı, sürət həddini və ara məsafəsini nəzarətdə saxlamağı, mövsümə uyğun şinlərdən istifadə eməyi, bir sözlə, texniki cəhətdən nasaz olan avtomobillərdən istifadə etməməyi tövsiyə edir.
Eyni zamanda qarlı hava şəraitinin piyadaların hərəkətində çətinliklər yaradacağını nəzərə alaraq, onlardan məsuliyyətli olmağı, hərərkət zamanı səkilərdən və piyada keçidlərindən istifadə etmələri tövsiyə olunur".
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?
- Bu ölkə Ermənistana S-300-lər göndərir - Təcili
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK