Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib - Nazirlik

Ölkə
Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib     - Nazirlik

İndi həm böyüklər, həm də uşaq poliklinikalarına sahə həkimi və ya ixtisaslı həkimlərin qəbuluna rahatlıqla düşmək üçün vətəndaşlar poliklinikanın qeydiyyat şöbəsinə müraciət edib, yazıla bilərlər. Özü də, pasiyentlər öncədən təyin olunmuş vaxtda qəbula gəldiklərinə görə poliklinikalarda heç bir sıxlıq yaşanmır.

 

Buta.ws Trend-ə istinadən bildirir ki, bunu Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva deyib.

 

E.Hacıyeva onu da qeyd edib ki, pasientlərin təxirəsalınmaz tibbi yardıma ehtiyacları olan təqdirdə qəbula yazılmadan da düşmək mümkündür.

 

Onun məlumatına görə, poliklinikaya daxil olan hər bir şəxs girişdə qarşılanır, onun hərarəti təmassız termometr vasitəsilə ölçülür:

 

"Poliklinikalara gələnlərin bədən temperaturu 37.100C və daha yuxarı olduğu müəyyən olunduğu halda, onların poliklinikaya daxil olmaqlarına qadağa qoyulur. Bundan sonra həmin şəxslər birbaşa poliklinikanın nəzdində olan və yaşayış yerlərinə aid olan sahə məntəqələrinə yönləndirilir. Sahə məntəqələrində onlardan test nümunələri götürülür və həmçinin, şikayətlərinə görə, həkim tərəfindən müvafiq məsləhətlər verilir".

 

E.Hacıyeva Bakı şəhər poliklinikalarında hal-hazırda planlı və diaqnostik tibbi müayinələrin necə aparılması haqda da danışıb. Bu müayinələrin öz standart qrafiki üzrə aparılmasını bildirən sektor müdiri sahə həkiminin öz sahəsinə aid olan poliklinikada qeydiyyatda olan xəstələri ilə əlaqə saxlayıb, vaxt təyin edib poliklinikaya planlı müalicəyə dəvət etdiyini qeyd edib:

 

"Lakin xəstə COVID-19 virusuna yoluxmaq üzrə yüksək risk qrupuna daxildirsə (65 yaş və yuxarı, ürək xəstəliyi, diabet və ağciyər xəstəlikləri olan şəxlər) sahə həkimi xəstəyə evdə baş çəkir və ona müvafiq tövsiyələr verir".

 

Bundan başqa, o, ixtisas həkimlərinin diaqnostik müayinələrini sahə həkimlərinin göstərişi ilə həyata keçirildiyini bildirib. E.Hacıyeva deyib ki, qadın məsləhətxanalarında iş eyni qaydada davam edir: "Hətta hamilə qadınların Səhiyyə Nazirliyinin müvafiq kliniki protokoluna uyğun olaraq mütəmadi müayinələri həyata keçirilir".

 

Poliklinika binasının bütün korpuslarındakı otaqlar və koridorların pəncərələri gündə ən azı iki dəfə açılıb, mütəmadi havalandırıldığını vurğulayan E.Hacıyeva xanım giriş, çıxış, koridor və otaqlarda əllərlə tez-tez təmas edilən səthlərin mütəmadi olaraq dezinfeksiya edilməsi haqda danışıb.

 

O, koronavirusunun sürətli yayıldığı mərhələdə (aprel-iyun aylarında) müvafiq qoruyucu geyimlərlə (üz üçün sipər, baxil, tibbi əlcək, tibbi maska və s.) təmin olunmuş Bakı şəhər poliklinikalarının bütün tibbi və texniki heyəti COVID-19 testindən növbəli şəkildə keçirilməsi təşkil olunduğunu vurğulayıb.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla