Türkiyəyə yardım məqsədilə donor konfransı keçiriləcək

22:56 - 8 Fevral 2023 - GÜNDƏM

 Türkiyəyə yardım məqsədilə donor konfransı keçiriləcək

Avropa Birliyi (AB) Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə kömək məqsədilə donor konfransı təşkil edəcək.

BUTA.TV TRT telekanalına istinadən xəbər verir ki, bu barədə AB Komissiyasından verilən açıqlamada bildirilib.

Açıqlamada məqsədin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə beynəlxalq ictimaiyyətin maliyyə yardımını səfərbər etmək olduğu və konfransın martın əvvəlində Brüsseldə keçirilməsinin planlaşdırıldığı bildirilib.

Qeyd edilib ki, yüksək səviyyəli konfrans AB-yə üzv ölkələrlə yanaşı, qonşu dövlətlər, BMT-yə üzv ölkələr, beynəlxalq maliyyə institutları və digər qurumlar üçün açıq olacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Qaz limitinin artırılması ilə bağlı təklif!

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol