Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Hotellərdə monitorinq prosesi ilə bağlı növbəti media tur təşkil olunub - FOTOLAR

Ölkə
Hotellərdə monitorinq prosesi ilə bağlı növbəti media tur təşkil olunub    - FOTOLAR

Sentyabrın 16-da Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Səhiyyə Nazirliyi tərəfindən hotellərdə növbəti monitorinq keçirilib.

 

Buta.ws xəbər verir ki, Bakı şəhərində keçirilən monitorinq çərçivəsində təşkil olunmuş media tur zamanı məlumat verilib ki, pandemiya dövründə fəaliyyət göstərən hotellərdə monitorinqlərin keçirilməsinin məqsədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsinin təmin edilməsidir.

 

Media turda Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov və Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi Zaur Kərimov jurnalistlərin suallarını cavablandırıblar.

 

Avqustun 24-dən etibarən ölkə üzrə keçirilən monitorinqlərdə bu günədək Bakıda və regionlarda yerləşən 229 hotel monitorinqə cəlb olunub.

 

Monitorinq çərçivəsində işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi yoxlanılır və tələblərə cavab verən mehmanxanalar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin edilir.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla