Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Türkiyə və Azərbaycan qardaşlığı türk dünyasında mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edir"

Siyasət
"Türkiyə və Azərbaycan qardaşlığı türk dünyasında mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edir"

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq bütün sahələrədə uğurla davam edir.

 

Buta.ws Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 

Nazir müavini bildirib ki, Türkiyə və Azərbaycan qardaşlığı türk dünyasında mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edir.

 

X.Xələfov qeyd edib ki, iki qardaş ölkənin əməkdaşlığı regionun sabitliyinə və təhlükəsizliyinə öz töhfəsini verir: "Birgə həyata keçirdiyimiz Bakı-Tiblisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yol xətti, Trans Anadolu layihəsi xalqlarımızın rifah halının yaxşılaşdırılması ilə yanaşı, regional və qlobal inkişaf proseslərinə də öz töhfəsini verir. Transmilli layihələrin uğurla həyata keçirilməsi iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır".

 

Nazir müavini vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələri heç zaman indiki kimi yüksək olmayıb. İki qardaş ölkə arasında hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir: "Bunun üçün lazımi hüquqi baza mövcuddur. Son birgə genişmiqyaslı hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordusunun hazırlığına mühüm töhfələr verdi. Ölkələrimiz, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir".

 

X.Xələfov əlavə edib ki, 2019 ildə iki ölkə arasında ticarət dövriyəsi 33 faiz artıb, COVİD-19-a baxmayaraq, bu il ərzində də ticarət dövriyyəsi artıb.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla