Azərbaycanda narkotik qaçaqmalçılığında təqsirləndirilən İran vətəndaşı beynəlxalq axtarışa verilib.
BUTA.TV xəbər verir ki, 42 yaşlı Əhmadzadə Dehgan Tohid narkotik vasitələrin qanunsuz dövriyyəsi və mütəşəkkil dəstə yaratmaqla qaçaqmalçılıqda təqsirləndirilir.
Azərbaycan istintaq orqanı Əhmadzadə Dehgan Tohid barəsində cinayət işi başlasa da, o, istintaqdan yayınıb. Həmin şəxs barəsində məhkəmə qərarı ilə həbs qəti imkan tədbiri seçilib və o, İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilib.
Xatırladaq ki, dünən Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatlar zamanı “Pünhan”, “Baba”, “Peyman”, “Araz” və sair şərti adları altında İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən, sosial şəbəkələrdə gəncləri şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edən mütəşəkkil cinayət dəstənin üzvləri saxlanılıblar.
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər