Yasin Hüseynzadəni aradan götürəcəklər – Başbuğ

09:20 - 2 Fevral 2023 - GÜNDƏM

 Yasin Hüseynzadəni aradan götürəcəklər – Başbuğ

Belə adamlar həmişə istifadə edilir. Qurulan isə İranın öz oyunu və vəziyyəti öz xeyrinə dəyişdirmə cəhdidir. Terrorçunun ağlı yerindədir, bunu səfirlikdəki görüntülər də sübut edir.

Bu sözləri BUTA.TV-a 27 yanvarda ölkəmizin İrandakı səfirliyində terror aktı törədən Yasin Hüseynzadənin ruhi xəstəxanaya yerləşdirilməsi haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnik terrorçunun ruhi xəstəxanada öldürülməsi ehtimalının olduğunu vurğulayıb:

“Hazırda səfirlikdə törədilən terror aktına görə İrana çox böyük etiraz və təzyiq var. Terrorçunun ruhi xəstə olduğunu deyib, onu xəstəxanaya yerləşdirmək sözügedən təzyiqlərin ən asan yoludur. Məsələnin tamamilə bağlanması üçün xəstəxanada Yasin Hüseynzadənin ölümü təşkil edilə və hadisəyə intihar görüntüsü verilə bilər”.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Qeyd edək ki, istintaqı aparan Tehran Cinayət Prokurorluğu Y.Hüseynzadənin şizofreniya da daxil olmaqla, bir sıra psixi problemlərdən “əziyyət çəkdiyi” qənaətinə gəlib. Terrorçu ən azı bir ay Tehranda yerləşən psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol