Yanvarın 31-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla İndoneziya parlamentinin üzvü Məhəmməd İqbalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
BUTA.TV xəbər verir ki, qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən Kamal Abdulla ADU tələbələrinin İndoneziya dili, ədəbiyyatı, mədəniyyəti və tarixinə olan marağından danışıb. Universitetdə İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət görtərdiyini deyən rektor hər il İndoneziyaşünaslıq ixtisasına qəbul olan tələbələrin bu dili həvəslə öyrəndiyini diqqətə çatdırıb:
“İki ölkə arasında əməkdaşlığının elm, təhsil, mədəniyyət sahəsində inkişafı müsbət dinamika ilə artmaqdadır. Bu əlaqələrin qurulmasında müəllim-tələbə mübadiləsinin əhəmiyyətini də vurğulamaq lazımdır. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bizim tələbələr İndoneziyanın mədəniyyətini, tarixini, ədəbiyyatı və dilini böyük həvəslə öyrənirlər. Azərbaycanda təkcə İndoneziya səfirliyi fəaliyyət göstərmir, burada eyni zamanda indoneziyasevərlər məkanı var”.
Görüşdə İndoneziyada ADU-nun Mədəniyyət mərkəzinin fəaliyyət perspektivləri, qarşılıqlı öyrənmə, araşdırma və s. məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar İndoneziya Araşdırmalar Mərkəzində olublar. Mərkəzdə qonaqları ADU-nun İndoneziya ixtisası üzrə təhsil alan tələbələri qarşılayıb.
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?