Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili cəzadan azad edilməsi ilə bağlı məhkəmə iclasında uzaqdan iştirak edir. Siyasətçi müalicə aldığı “Vivamed” klinikasından videobağlantı vasitəsilə prosesə qatılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Gürcüstan Onlayn” məlumat yayıb.
“Bütün biliyimi Gürcüstana vermişəm. İndi sağlamlığımı vermişəm və tək xahişim budur ki, mənə adekvat müalicə almaq imkanı versinlər. Lazım olsa, canımı verərəm. Vəziyyətim kəskin şəkildə pisləşib”, - deyə eks-prezident bildirib.
Qeyd edilir ki, görüş zamanı Saakaşvili səhhətinin son dərəcə ağır olduğunu bildirib. O, nə qədər arıqladığını nümayiş etdirmək üçün köynəyini yuxarı çəkib.
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu