Pensiyaların indeksləşdirilərək artırılmasının fevralın ikinci həftəsinə təsadüf edəcəyi gözlənilir. Belə ki, pensiyalar əvvəlki ildə orta aylıq əmək haqqındakı artıma indeksasiya olunur. Bu göstərici isə fevral ayının ilk yarısında elan edilir.
BUTA.TV xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
“Əmək haqqıdakı artım faizi əmək pensiyalarının indeksasiyasında istifadə edilən əsas meyardır.
Gözlənilir ki, təxminən fevralın 12-dək Dövlət Statistika Komitəsi rəsmi artım rəqəmini elan etsin və daha sonra indeksləşdirmə ilə bağlı sərəncam imzalanacaq. O baxımdan, indeksləşdirmənin yanvarda baş tutmaması heç də pensiyaların artırılmayacağı anlamına gəlmir.
Sərəncamın fevral ayında imzalanmasına baxmayaraq, pensiya artımları yanvarın 1-dən hesablanır. Amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. 2022-ci ilin 11 aylıq yekunları təsdiq edir ki, pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq. Pensiyaçılara bu ay yanvar üçün hesablanmış artım da ödəniləcək. Mart ayından etibarən isə artırılmış standart aylıq pensiya məbləğini alacaqlar”, - Bayramov bildirib.
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu