III Dünya müharibəsi de-fakto reallığa çevrilib, artıq qırmızı xətt çəkilib, qarşı tərəflər müəyyənləşib. Ermənistan gec-tez qərar verməli olacaq.
BUTA.TV xəbər verir ki, bunu türkoloq Ruben Melkonyan deyib.
“Dünya müharibəsinin cəbhəsi artıq aydındır və müttəfiqlərin blokları faktiki olaraq müəyyən edilib. Rusiya, İran və Çinin maraqlarının üst-üstə düşdüyü göz qabağındadır. Bu fonda bəzən əsaslandırılan, bəzən isə əsaslandırılmayan qeyri-müəyyənliklər də üzə çıxır. Məsələn, Türkiyədə əsaslı qeyri-müəyyənlik var. Çünki bu ölkə tərəf tutmur, hamı ilə işləyir. Ermənistanda isə əsassız qeyri-müəyyənlik var. Çünki bir tərəfdən KTMT-nin üzvüdür, amma KTMT-nin əleyhinə fəaliyyət göstərir, bəzən KTMT ona qarşı fəaliyyət göstərir. İrəvan Rusiyanın müttəfiqidir, amma Kremlin düşmənlərini ölkəyə dəvət edir. Ermənistanın hərəkətlərinin diplomatiya və manevrlə heç bir əlaqəsi yoxdur.
Eyni şey İran məsələsində də müşahidə olunur. Ermənistanla İran arasında dostluq münasibətləri var, amma İrəvanın Tehran məsələsinə yanaşmaları aydın deyil. Bəlkə də vaxt hələ gəlməyib, amma elə bir məqam olacaq ki, Ermənistan hansı düşərgədə olduğuna qərar verməli olacaq”, - Melkonyan bildirib.
O qeyd edib ki, dünyada baş verən proseslər fonunda regionun birbaşa hərbi əməliyyatlara cəlb olunması mümkündür:
“Bu halda Ermənistan hərbi əməliyyatların aparıldığı səhnəyə çevrilə bilər. İndi çoxvektorlu siyasətin vaxtı deyil, çünki proseslər çox sürətlə gedir, ona görə də növbəti diplomatik manevr zamanı ölkə darmadağın ola bilər”.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır