İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə təqsirli bilinərək barəsində iki ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilən şəxs vəfat edib.
DİN-in mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, 1988-ci il il təvəllüdlü əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) və İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər dəfələrlə məhkum olunan Aslan Məmmədov narkotik vasitələrin aludəçisi olduğundan səhhəti qəfil pisləşdiyi üçün saxlanma məntəqəsində ilkin tibbi yardım göstərilib. Bütün tibbi müdaxilələrə baxmayaraq, o xəstəxanaya aparılarkən ölüb.
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu