Azərbaycanın İrandakı səfirliyinə terror hücumu həyata keçirən Yasin Hüseynzadə bu silahı necə əldə edib?
BUTA.TV xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı olduqca inginc məlumat yayılıb.
Bildirilib ki, Yasinin hücumda istifadə etdiyi silah qatlanan “Kalaşnikov AK-47” markalı avtomatdır.
“Hadisədən sonra həmin silahın fotosu yayılıb. Səfirliyin təhlükəsizlik əməkdaşının sözlərinə görə, silahın seriya nömrəsi saxtalaşdırılıb, qundağın üzərində isə onun seriya nömrəsi “N-12067”-dir. Bu da onun İranda nömrələndiyini göstərir.
Silah 2000-ci ilin mart ayınadək Zəncanın polis qüvvələrinin silah-sursat anbarında saxlanılıb.
Son qeydə alındığı yer isə Luristan polisidir. Belə ki, 25 iyun 2019-cu ildə Luristan əyalətinin Polis İdarəsinin İctimai Təhlükəsizlik Komandanlığı tərəfindən bu silah qəbul edilib”.
Başqa sözlə desək, terrorçunun istifadə etdiyi silah İran hüquq-mühafizə orqanlarına məxsusdur.
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto