Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edildi

00:24 - 1 Fevral 2023 - GÜNDƏM

 Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edildi

Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov həbs edilib.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.

Tofiq Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib.

Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol