ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malley bildirib ki, “diplomatik yol uğursuz olarsa, İranla müharibə variantı masadadır”.
İrana edilən hücumlar xəbərdarlıq xarakteri daşıyırdı, hücumdan bir gün sonra Qətər xarici işlər nazirinin nüvə danışıqları üzrə Tehrana mesaj aparması da bu ehtimalı gücləndirən məqamdır: Vaşinqton ata biləcəyi addımları praktiki olaraq göstərdi.
BUTA.TV xəbər veruir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı İsrailin İrana 28-29 yanvarda zərbə endirməsi ilə bağlı qeyd edib.
“İndi İranın davranışı hadisələrin inkişafına yön verəcək. Daxili vəziyyət, beynəlxalq arenada təklənmək təhlükəsi (İrana hərbi müdaxilə Rusiya üçün mövcud vəziyyətdə sərfəli ola bilər) İranın anlaşması zərurətini yaradır. Hərçənd, Tehrandan artıq “geri çəkilməyəcəyik” açıqlamaları eşidilməkdədir. Abdullahian bildirdi ki, bu hücumlar bizi nüvə proqramının inkişafından imtinaya məcbur etməyəcək”, - ekspert qeyd edib.
İstisna deyil ki, növbəti zərbələr İranın nüvə obyektlərinə endirilsin.
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...