Azərbaycanın dünyada strateji əhəmiyyəti artır.
BUTA.TV xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı bildirib.
O xatırladıb ki, iki ölkənin mühüm dostluğu indi yox, çoxdan başlayıb: "Siz təkcə enerjiyə görə bizim dostumuz deyilsiniz. Təsəvvür edirəm, indi Sizin yeni dostlarınız var. Çünki dünyada ölkənizin strateji əhəmiyyəti artmaqdadır. Lakin əməkdaşlığımız lap çoxdan başlayıb və təkcə maraqlara əsaslanmır, həmçinin mədəniyyət, adət-ənənələr sahəsindəki işbirliyinə söykənir".
Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına Azərbaycan Prezidentinin verdiyi dəstəyi yüksək dəyərləndirən Baş nazir deyib: “Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir”.
Səfərə görə Prezident İlham Əliyevə minnətdarlıq edən Viktor Orban iki ölkə arasında təşəkkül tapmış dərin əməkdaşlığı yüksək dəyərləndirib və bunun gələcəkdə də davam edəcəyinə ümid bəslədiyini bildirib.
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video