İsrail niyə PUA-larla hücum etdi? – ABŞ-dan baxış

15:32 - 30 Yanvar 2023 - GÜNDƏM

 İsrail niyə PUA-larla hücum etdi? – ABŞ-dan baxış

Amerikalı siyasi ekspert Endryu Korıbkonun İrana edilən hücumlarla bağlı BUTA.TV-a müsahibəsi:

- İranın müxtəlif şəhərlərinə edilən PUA hücumlarının arxasında kim dayanır?

- İsrail və ABŞ ən çox ehtimal olunan şübhəlilərdir, çünki bu son hücumları həyata keçirmək üçün onların həm texniki vasitələri, həm də siyasi niyyətləri var. Hər ikisi İranın Rusiyaya silah tədarükü ilə bağlı yayılan şayiələrdən narahatdır, Tehran və Moskva bunu təkzib etsə də, böyük ehtimalla bütün bu şayiələr və hesabatlardan sonra nəsə etmək üçün ictimai təzyiqə cavab olaraq böyük bir addım atmaq vaxtının gəlib çatdığını hiss ediblər. Bu hücumların İranın silah istehsalı imkanlarına nə dərəcədə təsir etdiyi bəlli olmasa da, siyasi əhəmiyyəti vacibdir.

- Bütün böyük müharibələr kiçik qığılcımla başlayıb. Sizcə, İranın aqressiv reaksiya verməsi və böyük müharibə ehtimalı varmı?

- “Zəmanətli Qarşılıqlı Məhvetmə” (ZQM) anlayışına görə, İranın bu son hücumlarda əsas şübhəlilər olan İsrail və ABŞ-a qarşı birbaşa cavab tədbirləri görəcəyi ehtimalı azdır. İran bilir ki, bu ikisi ona ciddi ziyan vura bilər, necə ki, onlar da İranın eyni formada cavab verə biləcəyini bilirlər, buna görə də, məsələn, öz qırıcı təyyarələri ilə birbaşa hücum etmək əvəzinə, “əsaslı şəkildə inkar edilə bilən” dron zərbələrinə üstünlük verirlər.

ZQM-in hər iki tərəf üçün hələ də qüvvədə qaldığını müşahidə etdiyimiz üçün bu son zərbələrdən sonra daha böyük bir münaqişənin baş verəcəyi ehtimalı azdır. Buna baxmayaraq, İran dərhal olmasa da və onun cavabı “əsaslı şəkildə inkar edə biləcəyi” cavab olsa belə, demək olar ki, seçmiş olduğu formada, özünə uyğun zamanda və məkanda bu hadisələrə öz reaksiyasını gecikdirməyəcək. Bu dinamikaya görə ən gözlənilən nəticə İran və İsrail-ABŞ arasında regional “kölgə müharibəsi”nin kəskinləşməsidir.

- Hansı ölkələr hadisələrin bu cür inkişafından faydalana bilər?

- Qeyd etdiyim kimi, İranın silah istehsal imkanlarını zəiflətmək məqsədi daşıyan bu hücumlardan birbaşa olaraq İsrail və ABŞ faydalanır, lakin bir müddətdir İslam Respublikası ilə rəqabətdə olan Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) üzvləri də bundan faydalana bilərlər. Yaddan çıxarılmaması gərəkən daha bir ölkə Ukraynadır. Qeyd etmək lazımdır ki, Ukrayna yalnız və yalnız İranın Rusiyaya silah tədarükləri ilə bağlı iddia edilən xəbərlərin doğru olduğu halda bu hadisələrdən faydalana bilər. Eyni zamanda, Tehranın terrorçu hesab etdiyi yerli silahlı qruplaşmalar da bu zərbələrdən faydalanır.

- Sizcə, bu hücumlar onsuz da gərgin olan İran-Azərbaycan münasibətlərinə də təsir edə bilərmi?

- Azərbaycanın son hadisələrdə hansısa bir rolunun olduğu görünmür. Son zamanlar İranla münasibətlər həmişəkindən daha gərgin olsa da, Bakının bu hücumların baş şübhəliləri olan ABŞ və İsraillə yanaşı bir yol izləməsi, hətta baş verənlərdən əvvəlcədən xəbərdar olması ehtimalı azdır. Ona görə də bu PUA hücumlarının Azərbaycan-İran münasibətlərinə təsir edəcəyi gözlənilmir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol