Rusiya və Türkiyə liderləri arasında münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır.
BUTA.TV xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Putin və Ərdoğan hər zaman üzərlərinə götürdükləri öhdəliklərə sadiqdirlər:
“Münasibətlər həqiqətən də qarşılıqlı etimada, hörmətə və öhdəliklərə sadiqliyə əsaslanır. Burada öz sözünü, öhdəliyini yerinə yetirmək bacarığı qarşılıqlı olaraq qiymətləndirilir”, - o bildirib.
Qeyd edək ki, bundan əvvəl Ərdoğan Putinlə münasibətlərinin dürüstlük və hörmət üzərində qurulduğunu bildirmişdi.
- İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub
- Verilişin bağlanması televiziya üçün uğur deyil…
- Qaradağda 4 məmura xəbərdarlıq edildi
- Bayram günlərində hava necə olacaq?
- Bayramda Qarabağa gedənlərə xəbərdarlıq - Video
- Saleh Səmədovun həbs müddəti uzadıldı
- Deputat Xocalıya köçdü
- Azərbaycanda bu idarələr ləğv olunur