Kreml Ərdoğan və Putin dostluğunu şərh etdi

Kreml Ərdoğan və Putin dostluğunu şərh etdi

Tarix: Siyasət

Rusiya və Türkiyə liderləri arasında münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır.

BUTA.TV xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Putin və Ərdoğan hər zaman üzərlərinə götürdükləri öhdəliklərə sadiqdirlər:

“Münasibətlər həqiqətən də qarşılıqlı etimada, hörmətə və öhdəliklərə sadiqliyə əsaslanır. Burada öz sözünü, öhdəliyini yerinə yetirmək bacarığı qarşılıqlı olaraq qiymətləndirilir”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl Ərdoğan Putinlə münasibətlərinin dürüstlük və hörmət üzərində qurulduğunu bildirmişdi.