İrana zərbə endirən İsrail deyil, onlardır – Alimdən sensasiya

18:16 - 29 Yanvar 2023 - GÜNDƏM

 İrana zərbə endirən İsrail deyil, onlardır – Alimdən sensasiya

Sosial mediada və mətbuatda İsrailin İrana hücum etməsindən bəhs olunur. Bunu yazanda İsrail və İran arasındakı coğrafi məsafəyə baxmaq lazımdır. İsraildən qalxan dron, yaxud aviasiya İran havadan müdaifə sistemi tərəfindən – nə qədər zəif olsa da - müəyyən oluna bilərdi.

BUTA.TV xəbər verir ki, belə bir iddianı tarixçi alim Zaur Əliyev səsləndirib.

Onun sözlərinə görə, hadisənin baş verdiyi əraziləri tədqiq edib, belə qənaətə gəlmək olar ki, İranda hərbi bazaları və obyektləri vuran nə İsrail, nə də Amerikadır:

“Böyük ehtimalla bu hücum İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidləri Təşkilatı tərəfindən edilib. Təşkilat İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İran Xalq Mücahidləri Təşkilatının minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib.

Avropa Birliyi və Böyük Britaniya İran Xalq Mücahidləri Təşkilatının adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb. 2018-ci ildən etibarən İran Xalq Mücahidləri Təşkilatının mənzil qərargahı Albaniyanın Adriatik dənizi sahilindəki Durres bölgəsinin Manez şəhərində yerləşməkdədir. Manezdə mekçilərə məxsus üç min nəfərlik xüsusi şəhərçik yaradılıb və şəhərcik Əşrəf düşərgəsinin şərəfinə Əşrəf-3 olaraq adlandırılmışdır. Təşkilata hazırda Məsud Rəcavinin üçüncü həyat yoldaşı Məryəm Rəcavi rəhbərlik edir.

Bu təşkilatın dəstəkçiləri arasında SEPAH, ETTELAAT generalları ilə yanaşı ruhanilər və siyasi partiyalar da var. Eyni zamanda, Xomeyni ideyaların üzdə qəbul edib, daxildə siyasi sistemi dəyişmək istəyən güclər təşkilat üzvlərinin gömrük, sərhəd və eyni zamanda sənədləşmə işlərini həll edirlər.

İran Xalq Mücahidlərİ Təşkilatı İsrail, Amerika, Britaniya və Səudiyyə ilə sıx əlaqədədir. Türkiyə MİT-inə əməkdaşlıq təklifi 80-ci illərdə etsələr də, türk dərin dövləti bunu məsləhət görməyib. Qeyd edim ki, dünyanın bir çox ölkəsində adamları olan bu təşkilat Azərbaycan və Türkiyə ərazisində yerləşə bilməyib. Maraqlısı budur ki, 2018-ci ildən təşkilat iranlı alimləri öz tərəfinə çəkməklə məşğuldur. Hətta əldə edilən məlumata görə, bu iş üçün 100 milyon dollar pul ayrılıb. Buna görə də İranın yeni hərbi sistemi barədə ilkin məlumatlara malikdirlər. Onların stolunun üstündə İranın bütün açıq və gizli obyektlərinin xəritəsi var. İranın dron istehsal edən zavodlarında adamları olan təşkilat güclü haker qrupu ilə onların beyinlərini oxuyan proqrama 50 milyon dollar pul verib.

İran Xalq Mücahidləri Təşkilatı hələlik bu hücumu üzərinə götürməsə də, 60-cı illərdən bu günə qədər onun fəaliyyətini izləyəndə eyni dəst-xətti görmək olar.

Ona görə də İsrailin dron, yaxud təyyarə ilə zərbə endirdiyi iddiası ilə razılaşmamaq olar, bəlkə də İsrail və Amerika bu təşkilata dəstək verib, amma reallıq budur ki, İranda baş verən partlayışları kənar güc yox, hakimiyyətdaxili güclərin bir-birlərinə qarşı savaşında axtarmaq lazımdır.

Çünki böyük güclər İranı parçalamaq əvəzinə hakimiyyəti sosial islamçılara vermək barədə düşünürlər. Hətta keçən il İran Xalq Mücahidləri Təşkilatının lideri Məryəm Rəcəvi deyib: "İranın Milli Müqavimət Şurası İslam Respublikası hakimiyyətinə alternativdir, onu əvəz edə bilər".

Hətta İranda hakimiyyətə qarşı başlanan etiraz aksiyalarında silahların olmasında bu təşkilatın adı hallanırdı. Etiraz aksiyaları zamanı bu təşkilatın üzvlərinin aparıcı olması fikrimizi təsdiq edə bilər...

Çox maraqlıdır ki, bu təşkilatın üzərinə gedən yeganə dövlət Fransadır və Paris Avropa dövlətlərinin bu təşkilatı terrorçular siyahısından çıxarılmasına etiraz edirlər. İran və Fransa hakimiyyəti bu təşkilata qarşı mübarizə aparan yeganə dövlətlərdir.

Fransa İranı qorumaq üçün bütün gücünü ortaya qoysa da, artıq böyük güclər qərara gələcəklər yəgin.

İran parçalanmayacaq, sadəcə hakimiyyəti sosialist islamçılara verəcəklər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol