I Divizionda çıxış edən "Araz-Naxçıvan” Peşəkar Futbol Klubu barəsində protokol tərtib edilib.
Qaynarinfon-nun məlumatına görə, klub rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Kluba İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.
Müddəanın tələblərinə əsasən, Naxçıvan təmsilçisi xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Protokola Naxçıvan şəhər Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, klubu ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə gözləyir.
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova bağlılığı ilə tanınan "Araz-Naxçıvan” 1967-ci ildə təsis edilsə də, 2013-cü ildə bərpa olunub. Komanda 2014-cü ildə Azərbaycan Premyer Liqasında mübarizə aparıb və çempionatı yarımçıq tərk edib.
- Leyla Əliyeva Masallıdan maraqlı paylaşım etdi - Foto
- Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- FHN əhaliyə xəbərdarlıq etdi
- Maştağada böyük dəyişiklik: Sakinlər sevinc içində - Video
- Bu ərazidə işıq olmayacaq
- Bakının bu ərazilərində qaz olmayacaq
- Sürücülərə şad xəbər: Bu yolda təmir başlanıldı - Video