ABŞ-ın silah satışı 2022-ci ildə təxminən 50 faiz artıb.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə və Təhlükəsizlik sahəsində əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bunun Ukraynadakı müharibə, Çinin Uzaq Şərqdə aqressiv siyasəti ilə əlaqədar olduğu deyilir.
Bildirilib ki, ABŞ-da 2022—ci maliyyə ilində ABŞ-da təxminən 52 milyard dollar dəyərində silah satılıb. 2021-ci ildə isə bu rəqəm 35 milyard dollar civarında idi.
“Biz bunu tərəfdaşlarımızın və müttəfiqlərimizin böyük güc rəqabəti dövrünə qayıtdığımızı dərk etməsi ilə əlaqələndiririk. Onlar Ukraynada nə baş verdiyini görürlər.
Məsələn, Mərkəzi Avropa ölkələri Ukrayna ordusu üçün yaxşı işləyən eyni aktivlərdən bəzilərini əldə etməyə və öz imkanlarını artırmağa çalışır. Müttəfiqlər Çinə və Asiyadakı Çin vəziyyətinə baxır və öz imkanlarını artırmalı olduqlarını düşünürlər”, - deyə DSCA direktoru Ceyms Xurş bildirib.
Direktoru əlavə edib ki, bu artım təkcə müdafiə imkanlarını genişləndirmək istəyən ölkələrlə deyil, həm də təhlükəsizlik tədbirlərini modernləşdirmək istəyən mövcud tərəfdaşlarla bağlıdır
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir