İran rus səfiri də eyni bəhanə ilə öldürmüşdü

22:06 - 27 Yanvar 2023 - GÜNDƏM

 İran rus səfiri də eyni bəhanə ilə öldürmüşdü

1829-ci ildə Tehrandakı Rusiya səfirliyinə hücum, səfir Qriboyedovun qətli, missiyanın dağıldılmağının səbəbi, ssenarisi indiki məlum hucumla təxminən eynidir.

BUTA.TV xəbər verir ki, bu sözləri tanınmış yazıçı-jurnalist Həmid Herisçi qeyd edib.

O bildirib ki, ssenari, bütün digər şahmat gedişləri, hücumun sxemi tam oxşardır:

“Mənbələr yazır: “Yerli feodal Allahyar xan Qacarın hərəmindən qaçmış iki erməni qadını Rusiya səfirliyinə sığınmışdılar guya. Dedi-qodular əvvəlcə Tehran bazarında səsləndi. Sonra məscidlərdən. Sonra dərvişlərin körüklədiyi qara kütlə cumdu Rusiya səfirliyinə. Qriboyedov qətlə yetirildi, səfirlik binası yanaraq bir ovuc külə çevrildi”.

İndi bu eyni ssenarini Azərbaycana qarşı sərgilədilər. Bəhanə yenə də 200 il əvvəlkidi - guya bir qadın gedib gizlənib Azərbaycan səfirliyində. Ərindən qaçıb guya.

İran mətbuatına diqqət edin: Tehranın Cinayət İşləri İdarəsinin prokuroru vəzifəsini icra edən hakim Məhəmməd Şəhriyari: “İlkin istintaqda təqsirləndirilən şəxs iddia edib ki, bu ilin Fərvərdin ayında (2022-ci ilin mart-arprel ayları) həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb. O, səfirliyə qarşı öz motivasiyasını belə izah edib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə dəfələrlə müraciət etsə də, heç bir cavab almayıb və arvadının səfirlikdə olduğunu düşünüb. Şübhəli şəxs səfirlə görüşməyə cəhd göstərdiyini deyib, o, güman edib ki, səfir Tehranda olsa da, onunla görüşmək istəmir. Sonda həmin şəxs deyib: “Bu səhər əvvəldən hazırladığım “Kalaşnikov” avtomatı ilə səfirliyə getməyə qərar verdim”.

Yaxşı kim atıb bu qara əlcəyi bizə qarşı?”

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol