Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ağdam rayonunun Çəmənli kəndinin və ətraf kəndlərin sakinləri üçün səyyar qeydiyyat xidmətləri göstərib.
Qurumdan BUTA.TV-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən uzaqda yerləşən dinc yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində dağıdılmış və yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi aparılıb.
Rayonda Prezident İlham Əliyevin “Baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli fərmanının əhatə etdiyi və yerli icra hakimiyyəti orqanının təqdim etdiyi 283 evin sənədləri ilə bağlı müraciətlər qəbul olunub.
Bu günə qədər fərmanın icrası ilə əlaqədar 1 792 yaşayış sahəsinə dair vətəndaşların mülkiyyət hüquqları qeydiyyata alınıb.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır