İranın Baş Polis Komandanı Əhmədrza Radanın əmri ilə Sərdar Məhəmmədian Tehranın polis komandanı vəzifəsinə gətirilib.
BUTA.TV xəbər verir ki, Tehranın polis komandiri Hüseyn Rəhimi isə polis komandanlığının İqtisadi Təhlükəsizlik bölməsinin rəhbəri təyin edilib.
Tehran polisinə rəhbər təyin edilən Məhəmmədian Əlburz vilayətinin polis rəisi və Tehran Kəşfiyyat Polisinin keçmiş rəhbəri olub.
Qeyd edək ki, komandirin dəyişdirilməsi Azərbaycan səfirliyinə hücumdan dərhal sonra baş verdiyi üçün bunu H.Rəhiminin guya hadisəyə görə “cəzalandırılması” kimi təqdimetmə cəhdi uğursuzdur. Belə ki, H.Rəhimi vəzifədən azad edilməyib, sadəcə, yeri dəyişdirilib.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır