Səfirliyimizə hücumla bağlı İran XİN-in “məişət” açıqlaması

12:46 - 27 Yanvar 2023 - GÜNDƏM

 Səfirliyimizə hücumla bağlı İran XİN-in “məişət” açıqlaması

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı açıqlama verib.

BUTA.TV xəbər verir ki, o, dərhal hadisəyə polis və təhlükəsizlik qüvvələrinin müdaxilə etdiyini və hazırda dindirilən hücumçunun həbs edildiyini deyib.

“Ölkənin siyasi və təhlükəsizlik orqanlarının xüsusi tapşırığı ilə bu hərəkətin səbəbləri və basqın edənin məqsədinin müəyyənləşdirilməsi üçün məsələ yüksək prioritet və həssaslıqla araşdırılır”, - Kənani bildirib.

İran XİN sözçüsü Tehran polisinin hadisənin şəxsi və ailəvi məsələ zəminində baş verməsi ilə bağlı iddiasını təkrar edib.

Göründüyü kimi, İran hadisəni terakt kimi qiymətləndirmir, ailə-məişət müstəvisinə endirməklə gülünc açıqlamalara davam edir. Bu isə çox ciddi şübhələrə yol açır.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol