Azərbaycanın Tehrandakı səfirliyinə hücum olub, şəhid və yaralılar var. Bu hücum Azərbaycana yeni bir gözdağı cəhdidirmi? Sözügedən hücum İranla Azərbaycan arasında gərginliyi daha da artıracaq intriqadırmı?
BUTA.TV xəbər verir ki, bu sözləri İrandakı səfirliyimizə edilən hücumla bağlı Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar qeyd edib.
“Hər şey bir yana, İran Azərbaycan diplomatik missiyasının qorunmasına məsuliyyət daşıyır. Bu, onun namus məsələsidir”, - o bildirib.
Qeyd edək ki. bu gün saat 8:30-da Azərbaycanın İrandakı səfirliyinə terror hücumu edilib. Hücum nəticəsində səfirliyimizin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olub, iki nəfər isə yaralanıb.
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto