“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vəqfi) təşkilatçılığı ilə 2022-ci ildə Azərbaycanda keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında yarışmacı qismində iştirak edən şəhid övladlarından ibarət 3 komandanın iştirakıyla Türkiyə Respublikasının İstanbul şəhərində “Qış düşərgəsi” təşkil olunacaq.
BUTA.TV xəbər verir ki, qış düşərgəsində 20 nəfərdən ibarət heyət 5 gün ərzində Astronomiya, Aviasiya və Kosmik Seminarı, Dizayn seminarı, Texnologiya seminarı, Təbiət Elmləri Seminarı, Riyaziyyat emalatxanası, Planetarium, bədii fəaliyyət, İdman fəaliyyəti, dəyərlər təlimi, İstanbul şəhərinin tarixi və gəzməli yerlərinə ekskursiya, BAYKAR şirtkəti gəzintisi və texniki səfərlər edəcəklər.
- Universitetlər Bakıdan köçürüləcək
- Sabah 14 dərəcə isti olacaq
- "Azercell" qadınların yaradıcı inkişafına dəstək göstərir
- Vasif Talıbovun yaxın adamı barədə həbs qərarı...
- 19 yaşlı qadın doğuş zamanı öldü
- Bakıda 200 min mənzil inşa ediləcək
- Başçının sakinlərlə görüşündə insident: bir nəfər həbs edildi
- Bu universitetdə erməni dilində kurslar təşkil edildi