Minsk Tixanovskayanın ofisini “ekstremist qrup” kimi tanıdı

17:40 - 26 Yanvar 2023 - GÜNDƏM

 Minsk Tixanovskayanın ofisini “ekstremist qrup” kimi tanıdı

Belarusu tərk etmiş prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın ofisi və ona yaxın olan digər strukturlar Belarusda “ekstremist birləşmələr” kimi tanınıb.

BUTA.TV xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin saytında bildirilib.

Məlumata görə, bu strukturların internet saytları və sosial media hesabları qadağan edilib.

Bundan əlavə, Tixanovskayanın 2020-ci ildə yaradılmasının təşəbbüskarı olduğu Koordinasiya Şurası da ekstremist birləşmə kimi tanınıb, fəaliyyəti qadağan edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol