Ermənistan bir əldə iki qarpız tutmağa çalışır, görünür o, seçimini artıq edib, lakin hadisələrin necə cərəyan edəcəyini gözləyir.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov Avropa Birliyinin (AB) Ermənistana mülki missiya göndərmək qərarını şərh edərkən deyib.
“İrəvanın bu missiyanı iki il müddətinə Ermənistan-Azərbaycan sərhədinə cəlb etmək istəyi açıq şəkildə həm Rusiya, həm də Azərbaycan əleyhinədir. Bildiyim qədəri ilə rəsmi Bakı 2 ay fəaliyyət göstərəcək missiyanın əleyhinə deyildi, lakin 2 il müddətinə və böyük tərkibdə missiyanın göndərilməsi qəbuledilməzdir”, - o bildirib.
Y.Mixaylov vurğulayıb ki, Azərbaycan yaxşı anlayır ki, bu prosesin əsas hərəkətverici qüvvəsi AB-də dəfələrlə anti-Azərbaycan qətnamələrinə lobbiçilik edən ermənipərəst Fransadır:
“AB missiyası Rusiyanın maraqları üçün də son dərəcə təhlükəlidir. Fikrimcə, İrəvan nə etdiyini yaxşı başa düşür. O, Moskva ilə daha əvvəl əldə edilmiş bütün razılaşmalara açıq şəkildə qarşı çıxır, yəni Rusiyaya xəyanət edir”.
Rusiyalı politoloqun fikrincə, Ermənistan bir əldə iki qarpız tutmağa çalışır, görünür o, seçimini artıq edib, lakin hadisələrin necə cərəyan edəcəyini gözləyir:
“Rusiyanın diqqəti Ukraynadakı hərbi əməliyyatlara bir qədər yayındıqdan sonra İrəvanın Moskvaya xəyanət etməsi açıq və aydındır. Ermənistanın məhz bu məqamda dövlətçiliyi üçün çox təhlükəli olan bir oyuna girişməsi təəccüblü deyil”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir